Bakı. Trend:
"Napoli" İtaliya A Seriyasının 14-cü turunda səfərdə "Torino"nu məğlub edərək vacib qələbə qazandı.
Trend-in məlumatına görə, oyunun taleyini tək bir qol həll edib. Skott Maktominayın vurduğu qol "Napoli"yə 3 xal qazandırıb.
Eyni zamanda, "Latsio"nun 5 oyunluq qələbə seriyası sona çatıb. Romalılar səfərdə "Parma"ya uduzaraq bu seriyaya son qoyublar.