...

Misli Premyer Liqasında XVI turun oyunlarına start verilib

İdman Materials 7 Dekabr 2024 20:08 (UTC +04:00)
Misli Premyer Liqasında XVI turun oyunlarına start verilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Misli Premyer Liqasında XVI turun oyunlarına start verilib.

Trend xəbər verir ki, ilk oyun günündə paytaxtda iki qarşılaşma baş tutub.

Çempionatın autsayderi “Səbail” mövsümün sürpriz komandası “Araz-Naxçıvan”ı qəbul edib. Lakin “Səbail” son pillədən qurtulmaq şansını dəyərləndirə bilməyib. “Araz-Naxçıvan” isə bu qələbə ilə zirvəyə yüksəlib.

Turun mərkəzi qarşılaşmasında isə “Sabah” və “Qarabağ” üz-üzə gəlib. “Sabah” lideri dayandırmağı bacarıb. "Bayquşlar" fasilədən sonra hesabı açsalar da, Qurban Qurbanovun komandasının bərabərlik qolunu vurmağa gücü çatıb.

Qeyd edək ki, XVI tura dekabrın 9-da yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti