...

"Qarabağ" Riçard Almeyda ilə yollarını ayırdı

İdman Materials 11 Fevral 2025 16:36 (UTC +04:00)
"Qarabağ" Riçard Almeyda ilə yollarını ayırdı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb. 35 yaşlı Braziliya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Trend bu barədə klubun rəsmi saytına istinadən xəbər verir

2012-18, 2019 və 2021-25-ci illərdə komandamızda çıxış edən Riçadrd 376 oyunda 64 qol vurub.

Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandamızın formasını geyinib.

O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti