...

"Qarabağ" "Səbail"i məğlub edib - Misli Premyer Liqası

İdman Materials 11 Fevral 2025 21:27 (UTC +04:00)
"Qarabağ" "Səbail"i məğlub edib - Misli Premyer Liqası

Bakı. Trend:

Misli Premyer Liqasında XXII tura yekun vurulub.

Trend xəbər verir ki, son oyunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i 5:0 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Qarabağ" birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "Turan Tovuz"u (2:1), "Neftçi" isə "Zirə"ni (2:1) üstələyib. "Araz-Naxçıvan" - "Kəpəz" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti