...

UEFA Azərbaycanın doqquz klubuna ödəniş edib

İdman Materials 12 Fevral 2025 20:53 (UTC +04:00)
UEFA Azərbaycanın doqquz klubuna ödəniş edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycanın 9 klubuna (“Qarabağ” istisna olmaqla) ödəniş edib.

AFFA-dan Trend-ə verilən məlumata görə, 2023/2024-cü illər mövsümü üçün ayrılmış 1 milyon 955 min avro maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Məbləğ klublar arasında aşağıdakı qaydada bölüşdürülüb:

“Neftçi” - 217.222.22 avro

“Səbail” – 217.222.22 avro

“Qəbələ” – 217.222.22 avro

“Sumqayıt” – 217.222.22 avro

“Sabah” – 217.222.22 avro

“Araz-Naxçıvan” – 217.222.22 avro

“Zirə” – 217.222.22 avro

“Turan Tovuz” – 217.222.22 avro

“Kəpəz” – 217.222.22 avro.

Xəbər lenti

Xəbər lenti