...

Son Hın Min "Tottenhem"dən ayrıla bilər

İdman Materials 13 Fevral 2025 01:20 (UTC +04:00)
Son Hın Min "Tottenhem"dən ayrıla bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Tottenhem" cənubi koreyalı vinger Son Hın Mini komandadan ayırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Klub rəhbərliyi mövsümün sonunda 32 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək. Təcrübəli oyunçunun yeni mövsümə başqa klubda başlayacağı gözlənilir.

Qeyd edək ki, "Tottenhem" Son Hın Mini 2015-ci ilin avqust ayında "Bayer"dən transfer edib. Cənubi Koreya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər lenti

Xəbər lenti