...

İspaniya La Liqasının 24-cü turu: "Real" və "Atletiko" uğursuz nəticələr əldə ediblər

İdman Materials 16 Fevral 2025 03:25 (UTC +04:00)
İspaniya La Liqasının 24-cü turu: "Real" və "Atletiko" uğursuz nəticələr əldə ediblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya La Liqasının 24-cü turunda "Real Madrid" uğursuz nəticə ilə üzləşib.

Trend xəbər verir ki, Madrid klubu "Osasuna" ilə səfər matçında heç-heçə oynayıb. Bu, Karlo Ançelottinin rəhbərlik etdiyi komandanın ardıcıl 3-cü xal itkisi olub. Son üç oyunda cəmi 2 xal toplayan "Real", çempionluq yarışında ciddi zərbə alıb.

Digər tərəfdən, "Atletiko Madrid" də öz meydanında qələbə qazana bilməyib. 7-ci dəqiqədə qırmızı vərəqə alan madridlilər, 10 nəfərlə "Selta" ilə heç-heçəyə razı olublar.

17:00. "Leqanes" – "Alaves" - 3:3
19:15. "Osasuna" - "Real" - 1:1
21:15. "Atletiko" - "Selta" - 1:1
00:00. "Vilyarreal" - "Valensiya"

Xəbər lenti

Xəbər lenti