...

Nazim Sadıxov UFC-də növbəti qələbəsini qazandı (VİDEO)

İdman Materials 16 Fevral 2025 08:30 (UTC +04:00)
Nazim Sadıxov UFC-də növbəti qələbəsini qazandı (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qarışıq döyüş növləri üzrə Azərbaycanı təmsil edən Nazim Sadıxov, UFC promouşenində növbəti qələbəsini əldə edib.

Trend-in məlumatına görə, "UFC Fight Night" 251 turniri fevralın 16-na keçən gecə ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçirilib. Yüngül çəkidə mübarizə aparan Nazim Sadıxov, Braziliyanın nümayəndəsi İsmael Bonfim ilə qarşılaşıb.

Döyüşün birinci raundu nisbətən bərabər mübarizə şəraitində keçsə də, həlledici an fasiləyə yaxın azərbaycanlı döyüşçünün Bonfimin sağ göz nahiyəsinə ayaqla vurduğu uğurlu zərbə olub.

Braziliyalı döyüşçü ilk 5 dəqiqəlik raundun sonuna qədər müqavimət göstərsə də, birinci və ikinci raund arasında fasilə zamanı həkimlər Nazimin rəqibinin sağ gözündə görmə qabiliyyətinin itirildiyini müəyyən edərək döyüşü dayandırıblar.

Bu qələbə ilə Nazim Sadıxov UFC-də 10-cu qələbəsini qazanmış oldu.

Xəbər lenti

Xəbər lenti