Bakı. Trend:
Tehranda fevralın 20-dən 21-dək sərbəst güləş üzrə Dünya Klub Kuboku keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə IRNA agentliyi məlumat yayıb.
Turnirdə dünya miqyasında tanınmış güləş ölkələrinin komandalarının, o cümlədən Rusiya, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Almaniya, Tacikistan, Türkmənistan və İraqın iştirak edəcəyi gözlənilir.