...

“Neftçi” İslam Çesnokovu heyətinə qatmaq istəyir

İdman Materials 17 Fevral 2025 23:34 (UTC +04:00)
“Neftçi” İslam Çesnokovu heyətinə qatmaq istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Neftçi”nin maraq dairəsində olan daha bir futbolçunun adı açıqlanıb.

Trend xəbər verir ki, Bakı klubu Qazaxıstan millisinin hücumçusu İslam Çesnokovu heyətinə qatmaq istəyir.

“Neftçi” Çesnokovun formasını geyindiyi “Tobol”la razılığa gəlib. Lakin futbolçu karyerasını Avropanın aparıcı liqalarında davam etdirmək istəyir. 25 yaşlı hücumçu ilə Şotlandiyanın “Harts” klubu da maraqlanır, lakin britaniyalılar da “Tobol”la razılaşma əldə edə bilmir.

Qeyd edək ki, İslam Çesnokov 2023-cü ildən Qazaxıstan millisinə dəvət olunub və 4 oyunda 2 qol vurub.

Xəbər lenti

Xəbər lenti