...

Arda Güler PSJ-nin hədəfində

İdman Materials 18 Fevral 2025 07:31 (UTC +04:00)
Arda Güler PSJ-nin hədəfində
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real Madrid"in gənc türk ulduzu Arda Güler gələcək mövsümdə komandadan ayrıla bilər.

Trend xəbər verir ki, İspaniyanın Don Balon nəşri PSJ-nin 19 yaşlı futbolçuya maraq göstərdiyini yazıb. Məlumata görə, Arda Güler oyun vaxtının azlığından narazıdır və baş məşqçi Karlo Ançelotti "Real"da qalacağı təqdirdə gələcək təklifləri dəyərləndirə bilər.

Bu mövsüm Arda Madrid təmsilçisinin heyətində 27 oyuna çıxıb, 967 dəqiqə meydanda olub, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti