...

DÇ-2026-nın daha bir iştirakçısı bəlli olub

İdman Materials 26 Mart 2025 09:40 (UTC +04:00)
DÇ-2026-nın daha bir iştirakçısı bəlli olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

DÇ-2026-nın daha bir iştirakçısı bəlli olub.

Trend xəbər verir ki, Argentina yığması mundiala vəsiqə qazanan 4-cü komanda olub.

Lionel Skaloninin yetirmələri Cənubi Amerika zonası üzrə seçmə mərhələnin XIV turunda bu hüququ qazanıb. Bolviya və Uruqvayın qolsuz heç-heçəsi sayəsində Argentina DÇ-2026-ya bileti təmin edib.

Bunadək Yaponiya, Yeni Zelandiya və İran da mundiala vəsiqə qazanıb.

Qeyd edək ki, yarışın ev sahibləri ABŞ, Meksika və Kanada mundiala birbaşa vəsiqə ilə qatılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti