...

A seriyasının ən ödənişli futbolçuları məlum olub – “TOP-5”

İdman Materials 27 Mart 2025 18:00 (UTC +04:00)
A seriyasının ən ödənişli futbolçuları məlum olub – “TOP-5”
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya A seriyasının ən yüksək ödənişli futbolçuları bəlli olub.

Trend xəbər verir ki, “Ekip” nəşrinin siyahısına Duşan Vlahoviç başçılıq edir.

“Yuventus”un futbolçusu ayda 1,62 milyon avro maaş alır. Daha üç oyunçunun aylıq qazancı 7 rəqəmlə ifadə olunur.

Lautaro Martines (“İnter”) 1,39, Paulo Dibala (“Roma”) 1,08, Nikolo Barella (“İnter”) 1 milyon maaş alır. “Top-5”i Hakan Çalhanoğlu qapayır. “İnter”linin maaşı 950 min avrodur.

Qeyd edək ki, bu rəqəmlər vergilər ödənmədən nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti