...

“Qarabağ” Azərbaycan çempionatları tarixində 100-cü böyükhesablı ev qələbəsini qazandı

İdman Materials 19 May 2025 13:23 (UTC +04:00)
“Qarabağ” Azərbaycan çempionatları tarixində 100-cü böyükhesablı ev qələbəsini qazandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ” Azərbaycan çempionatları tarixində 100-cü böyükhesablı ev qələbəsini qazanıb.

Peşəkar Futbol Liqasından Trend-ə verilən məlumata görə, bu, Misli Premyer Liqasının XXXV turuna təsadüf edib.

Ağdam klubu öz meydanında “Kəpəz”in qapısından 3 cavabsız top keçirib. “Qarabağ” ölkə çempionatları tarixində evdə ən çox böyükhesablı qələbə qazanan komandadır.

Bölgə təmsilçisinin ilk belə qalibiyyəti 1992-ci il mayın 6-da qeydə alınıb. “Qarabağ” Kürdəmir “Şirvan”ını 6:0 hesabı ilə məğlub edib.

Ağdam klubu öz meydanında 32 fərqli rəqibi 3 və ya daha çox top fərqi ilə məğlub edib. “Qarabağ” “Sumqayıt”ı daha çox – 10 dəfə böyük hesabla məğlub edib. “Qəbələ” 9, “Şamaxı” və “Kəpəz” 8, “Neftçi” 7, “Səbail” 6, “Bakı” 5, “Xəzər” (Sumqayıt) 4, “Pambıqçı” (Bərdə), “Şahdağ” (Qusar), “ANS Pivani”, MOİK və “Turan” 3, “Viləş”, “Pambıqçı” (Neftçala), “Bakılı”, “Ədliyyə”, “Rəvan”, “Zirə”, AZAL, “Sabah” və “Turan Tovuz” 2, “Şirvan” (Kürdəmir), “Plastik”, “Daşqın”, “Kürmük”, “Avtomobilçi”, “Azəri”, “Şəmkir”, “Dalğıc ADNŞ”, “Araz-Naxçıvan” və “Xəzər Lənkəran” 1 dəfə belə məğlubiyyət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti