...

Ueyn Runi “Mançester Yunayted” və “Everton”da köməkçi məşqçi kimi işləməyə hazırdır

İdman Materials 16 Fevral 2026 02:20 (UTC +04:00)
Ueyn Runi “Mançester Yunayted” və “Everton”da köməkçi məşqçi kimi işləməyə hazırdır

Bakı. Trend:

Ueyn Runi bildirib ki, o, “Mançester Yunayted” və “Everton”da köməkçi məşqçi kimi işləməyə hazırdır.

Trend xəbər verir ki, "No Tippy Tappy Football" podkastında sabiq “Mançester Yunayted” hücumçusuna baş məşqçi kimi geri qayıtmaq imkanları barədə sual verilib:

“Əgər uyğun fürsət olsa, qayıdardım. Heç yerə tələsmirəm”, – deyə ingilis futbolçu cavab verib.

Sonra 40 yaşlı Runiyə köməkçi kimi işləməyə hazır olub-olmaması soruşulub:

“Tamamilə, bəli. Bir neçə həftə əvvəl mənə soruşdular ki, “Mançester Yunayted”ə başqa rolda qayıdardımmı. Əlbəttə ki, qayıdardım.

Yalnız 2 kluba məşqçi olmadan da qayıdardım, bunlar “Everton” və “Mançester Yunayted”dir, çünki bu iki klub mənim ürəyimə çox yaxındır”. deyə – Runi bildirib.

Qeyd edək ki, öz məşqçi karyerası ərzində Runi “Derbi Kaunti”, “DC Yunayted”, “Birmingem” və “Plimut” komandalarına rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti