...

“Barselona”nın oyununa təyinat açıqlandı

İdman Materials 16 Fevral 2026 07:31 (UTC +04:00)
“Barselona”nın oyununa təyinat açıqlandı

Bakı. Trend:

La Liqada “Jirona” ilə “Barselona” arasında keçiriləcək qarşılaşmanı Sezar Soto Qrado idarə edəcək.

Trend xəbər verir ki, Hakimlər Komitəsinin qərarına əsasən VAR sisteminə David Qalves cavabdeh olacaq.

Bu, Soto Qradonun cari mövsümdə kataloniyalıların iştirak etdiyi üçüncü oyunu olacaq. O, daha əvvəl ölkə kubokunda “Qvadalaxara” ilə görüşdə, həmçinin “Santyaqo Bernabeu”da baş tutan və “Real”ın 2:1 hesablı qələbəsi ilə nəticələnən El-Klasikoda ədaləti qoruyub.

Hakim indiyədək “Barselona”nın 16 matçında iş başında olub. Bu oyunlarda komanda yeddi qələbə qazanıb, üç heç-heçə edib və altı dəfə məğlub olub.

Soto Qradonun əvvəlki görüşlərdə qəbul etdiyi bəzi qərarlar - ləğv olunan qollar, dəyişdirilən penaltilər və mübahisəli vərəqələr - səbəbindən bu təyinat həm azarkeşlər, həm də komandalar üçün diqqət mərkəzindədir.

Xəbər lenti

Xəbər lenti