Bak. Trend:
Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulacaq.
Trend xəbər verir ki, sonuncu oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə “Şamaxı” “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 14:30-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" qalib gəlib - 2:1.
Digər matçda isə lider “Sabah” “Qəbələ”nin qonağı olacaq. Bu
oyun saat 17:00-da start götürəcək. Komandaların ilk dövrədə
keçirilən matçında "Sabah" 1:0 hesablı qələbə qazanıb.
Misli Premyer Liqası, 20-ci tur
16 fevral
14:30. "Şamaxı" – "Turan Tovuz"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Şamaxı şəhər stadionu
17:00. "Qəbələ" – "Sabah"
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Elvin Bayramov
Qəbələ şəhər stadionu
