...

“Azərişıq” "ASAN Xidmət” mərkəzləri indi Gəncə və Qəbələdə (FOTO)

İqtisadiyyat Materials 26 Avqust 2016 11:33 (UTC +04:00)
“Azərişıq” ASC “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə xidmət əhatəsini genişləndirir.
“Azərişıq” "ASAN Xidmət” mərkəzləri indi Gəncə və Qəbələdə (FOTO)

Bakı. Trend:

“Azərişıq” ASC “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə xidmət əhatəsini genişləndirir.

ASC-dən Trend-ə verilən məlumata görə, "Azərişıq" ASC “ASAN xidmət” mərkəzləri ilə iki ildən artıq müddətdə fəaliyyət göstərməkir. Hazırda Bakı şəhərində 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərində və regionlarda Sumqayıt, Sabirabad və Bərdə “ASAN xidmət” mərkəzlərində “Azərişıq” ASC-nin fəaliyyəti davam etdirilir.

Müraciət edən abonentlərin keyfiyyətli və sürətli xidmətlərdən məmnunluğu, müraciətlərin çoxluğu nəzərə alınaraq göstərilən xidmətin əhatəsini daha da genişləndirmək məqsədi ilə 2016-ci ilin avqust ayından etibarən Gəncə və Qəbələ “Asan Xidmət” mərkəzlərində də xidmətə start verilib. Artıq qeyd edilən mərkəzlərdə abonentlər “Azərişıq” ASC-nin göstərdiyi xidmətlərdən faydalana bilərlər.

Hazırda “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə vətəndaşlara:

- Borcun olmamasına dair arayışın verilməsi,

- Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi,

- Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması,

- Qeyri əhali üzləşmə aktların verilməsi.

- Borcun araşdırılması xidmətlərini göstərir.

“Azərişıq” ASC-nin “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə göstərdiyi xidmətlərdən həftəiçi səhər saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə səhər saat 10:00-dan 17:00-dək müraciət etmək mümkündür. Yuxarıda sadalanan və bu kimi digər xidmətlər “Azərişıq” ASC-nin elektron saytı üzərindən “azerishiq.az” online qaydada da həyata keçirilir.

“Azərişıq” ASC abonentlərə tövsiyə edir ki, elektrik enerjisinə görə ödəmələri qurumun Regional Enerji Təchizatı və Satışı İdarələrində, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində həyata keçirsinlər. Eyni zamanda, internet üzərindən “azerishiq.az” saytı vasitəsilə “onlayn” rejimdə də ödəniş edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti