...

“Böhrandan əvvəl PR və Kommunikasiya” təlimi keçiriləcək

İqtisadiyyat Materials 20 Sentyabr 2016 10:34 (UTC +04:00)
Sentyabrın 30-da “Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, APRA-nın təşkilatçılığı ilə PR mütəxəssislər üçün “Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda təlim keçiriləcək.
“Böhrandan əvvəl PR və Kommunikasiya” təlimi keçiriləcək

Bakı. Trend:

Sentyabrın 30-da “Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, APRA-nın təşkilatçılığı ilə PR mütəxəssislər üçün “Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda təlim keçiriləcək. Trend-in məlumatına görə, tlim ABŞ-ın nüfuzlu University of Maryland universitetinin məzunu, PreMark PR və media konsaltinq şirkətinin rəhbəri Azər Nəzərov tərəfindən aparılacaq.

Təlim zamanı toxunulacaq mövzular:

Təlimdə böhran zamanı düzgün kommunikasiya;
Böhrandan sığortalanmaq üçün tələb olunan liderlik bacarıqları;
Mənfi rəyi müsbətə doğru dəyişmək üçün taktikalar;
Böhrandan sonrakı fəaliyyət planı;
Nüfuzun bərpası.

Təlimdə iştirak etmək istəyən PR mütəxəssislər [email protected] ünvanına müraciət edə bilərlər. Təlimdə iştirak ödənişsizdir. Yerlər məhduddur. Qeydiyyat 27.09.2016-cı il tarixədək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti