Bakı. Trend:
Ölkəmizdə real sektorun inkişafına daim dəstək olan Unibank, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına sahibkarlara güzəştli kreditlər verməkdə davam edir.
Bankdan Trend-ə verilən məlumata görə, bu vəsaitdən faydalanan şirkətlərdən biri də “S.A.B.A Şirkəti” MMC-dir. Şirkət Unibank-ın iri layihələri maliyyələşdirmək proqramı çərçivəsində 1 270 000 AZN vəsait əldə edib. Kredit bankın sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xidmət göstərən ən böyük biznes filialı - “Unibank- Biznes Mərkəzi” filialında ayrılıb. Ayrılmış vəsait hesabına şirkət yeni texnologiyalı ən müasir avadanlıqlar alaraq, istehsal gücünü azı 2 dəfə artıracaq. Eyni zamanda şirkət ixracat yönümlü məhsulların istehsalının həyata keçiriməyi planlaşdırır. Unibank-la həyata keçirilən bu geniş layihə ölkəmizdə yeni iş yerlərinin yaradılmasına təkan verəcək.
Azərbaycan dondurma bazarında aparıcı yerlərdən birini tutan “S.A.B.A. şirkəti” MMC “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. 16 ildir istehsal fəaliyyəti göstərən şirkətin, respublikamızın bütün regionlarında nümayəndəlikləri var və regionların dondurmaya olan təlabatını ödəmək gücündədir. Dondurma istehsalında yüksək keyfiyyətli ərzaq məhsullarından istifadə edən “S.A.B.A. şirkəti” MMC, istifadə olunan xammal məhsullarının və istehsal olunan dondurmanın keyfiyyətinin və təhlükəsizliyinin yoxlanması üçün yüksək texnologiyalarla təchiz olunan, Avropa standartlarının tələblərinə cavab verən laboratoriyaya malikdir.
Unibank ölkəmizdə özəl sektorun inkişafına dəstəyini davam etdirir. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” “Yasamal” filialları və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.
Ölkənin ən kapitallaşmış maliyyə təsisatlarından olan Unibank, yaxın vaxtlarda nizamnamə kapitalını 80%-dək artıracaq və bununla da böyük layihələrin reallaşdırılmasını daha da sürətləndirəcək. Maliyyə Bazarlarına Nəzarət Palatası artıq "Unibank" ASC-nin hər birinin nominal dəyəri 2.72 manat olan 20,220,589 ədəd adi sənədsiz səhmlərini dövlət qeydiyyatına alıb. Yerləşdirmə nəticəsində Unibank-ın nizamnamə kapitalı 125 milyon 565 min 234.08 manat olacaq.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank- Biznesinizə daimi dəstək!
Unibank-hər kəsin bankı!
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.