Bakı. Trend:
OPEK İndoneziyanın təşkilatda üzvlüyünü dayandıraraq onun neft hasilatı üzrə kvotasını kartelin digər üzv ölkələr arasında bölmək barədə qərar qəbul edib.
Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verib.
İndoneziyanın energetika naziri OPEK-də görüşdən öncə bəyan edib ki, ölkəsi neft hasilatının azaldılması ilə bağlı mövqeyini hələ müəyyənləşdirməyib.
Qeyd edək ki, bu gün Venada OPEK-in rəsmi görüşü keçirilir.