...

Azərbaycan Beynəlxalq Bankından Novruz kampaniyası

İqtisadiyyat Materials 13 Mart 2017 11:07 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankı öz müştəriləri üçün xoş Novruz sürprizləri hazırlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, Novruz bayramı münasibətilə 13 mart 2017-ci il tarixindən 31 mart 2017ci il tarixinə qədər Bankda 2 güzəştli kampaniyaya start verilir. Bunlardan birincisi depozitlərlə bağlıdır. Kampaniya müddətində Bankda manat depoziti yerləşdirən müştərilərin illik depozit faizlərinə 1% əlavə olunacaq. Azərbaycan Beynəlxalq Bankında depozit yerləşdirən müştərilərə ödəniş kartları hədiyyə edilir və depozitin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradılır.

Bankın eyni müddətdə həyata keçirdiyi digər bir kampaniya isə VISA və MasterCard Gold və Platinum kartlarını 50 % endirimlə əldə etmək fürsəti verir. Belə ki, müştərilər kampaniya ərzində Gold kartlarını cəmi 15, Platinum kartlarını isə 25 manata əldə edə bilərlər. Kart sahibləri üçün MobilBank və İnternetBank tam pulsuzdur. Kampaniyalar barədə ətraflı: https://www.ibar.az/individual/novruz-qazanciniz-bol-olsun/

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının səhmlərinin əsas hissəsi Azərbaycan dövlətinə məxsusdur. Bank hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti