...

“Veysəloğlu” şirkəti qida məhsullarının qiymətini ucuzlaşdırıb

İqtisadiyyat Materials 18 Aprel 2017 17:21 (UTC +04:00)

Bakı. Trend:

Son vaxtlarda manatın məzənnəsinin dollara nisbətən möhkəmlənməsini nəzərə alaraq “Veysəloğlu” şirkəti distribüterlik etdiyi idxal mallarının qiymətinə yenidən baxıb və bir sıra ərzaq məhsullarının topdansatış qiymətini endirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, şirkət idxal etdiyi və topdansatışını həyata keçirdiyi duru qarğıdalı yağının qiymətini 7%-dək, şəkər tozunu 3%-dək, makaron məhsullarını 6%-dək, müxtəliv növ düyüləri 9%-dək, qarabaşağı 10%-dək, uşaq qidalarını isə 4%-dək ucuzlaşdırıb.

Xəbər lenti

Xəbər lenti