...

Azərbaycan IMO-nun 98-ci sessiyasında iştirak edib (FOTO)

İqtisadiyyat Materials 16 İyun 2017 12:04
Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında Təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 98-ci sessiyası işini yekunlaşdırıb.
Azərbaycan IMO-nun 98-ci sessiyasında iştirak edib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında Təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 98-ci sessiyası işini yekunlaşdırıb. 1995-ci ildən Azərbaycan Respublikasının üzv olduğu adı çəkilən Beynəxalq Təşkilatın sessiyasında Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Sessiyada etimadnamələr haqqında məruzə, Beynəlxalq Dəniz Təşkilatının (BDT) digər üzvlərinin qərarları, əsas sənədlərə dair düzəlişlərin qəbulu və nəzərdən keçirilməsi, BDT-nin sənədlərinin erkən tətbiqi, dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, yük və konteynerlərin daşınması, çirklənmənin qarşısının alınması və cavab tədbirləri, insan amili, təlim və növbəçəkmə, gəmi dizaynı və konstruksiyası, naviqasiya, kommunikasiya, axtarış və xilasetmə, gəmi sistemləri və avadanlıqları, yeni tədbirlərin tətbiq edilməsi üçün potensial imkanların yaradılması, dəniz üzgüçülüyünün təhlükəsizliyinin qiymətləndirilməsi, gəmilərə edilən silahlı basqın və dəniz quldurluğu, qeyri-qanuni miqrasiya, BDT alətlərinin implementasiyası, beynəlxalq təşkilatlarla əlaqələr və digər mühüm məsələlər müzakirə olunub.

Sessiya zamanı “Dənizdə insan həyatının mühafizəsi haqqında 1974-cü il tarixli Beynəlxalq Konvensiya”ya (SOLAS), “Qaz və aşağı alışma temperaturuna malik digər yanacaqdan istifadə edən gəmilərin təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə”yə (IGF Code), “Yüksək sürətli gəmi haqqında 1994 – cü il tarixli Beynəlxalq Məcəllə”yə (1994 HSC Code), “Yüksək sürətli gəmi haqqında 2000 – ci il tarixli Beynəlxalq Məcəllə”yə (2000 HSC Code), “Xilasedici vasitələr haqqında Beynəlxalq Məcəllə”yə (LSA Code), “Qalama üsulu ilə daşınan bərk yüklər haqqında Beynəlxalq Məcəllə”yə (IMSBC Code) təklif edilən düzəlişlər qəbul edilib.

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti