...

Ölkənin bank sektorunun göstəriciləri açıqlanıb

İqtisadiyyat Materials 7 Sentyabr 2017 14:01 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 iyul tarixinə cəmi aktivləri 29,708.5 milyon manat, cəmi öhdəlikləri 26,872.0 milyon manat təşkil edib.
Ölkənin bank sektorunun göstəriciləri açıqlanıb

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 iyul tarixinə cəmi aktivləri 29,708.5 milyon manat, cəmi öhdəlikləri 26,872.0 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, sektorun balans kapitalı 2,836.5 milyon manatdır. Əhalinin əmanətləri 6,834.1 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, ATM-lərin sayı 2,505-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,123 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti