Bakı. Trend:
Oktyabrın 24-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Trend-ə BFB-dən verilən məlumata görə, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 5 milyon manat, nominal dəyəri 100 manatdır.
Məlumata görə, istiqrazların tədavül müddəti 728 gündür, ödəmə tarixi 2019-cu ilin oktyabrın 22-də bitir.
Qeyd edək ki, "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.