...

Türkiyəli TV aparıcı: Ölkəmdəki dostlarımı Bakıya alış-verişə dəvət edirəm

İqtisadiyyat Materials 30 Oktyabr 2017 14:59 (UTC +04:00)
Bakı Şopinq Festivalına (Baku Shopping Festival) daxil olan mağazalarda qiymətlər çox münasib, çeşid isə rəngarəngdir.
Türkiyəli TV aparıcı: Ölkəmdəki dostlarımı Bakıya alış-verişə dəvət edirəm

Bakı. Trend:

Bakı Şopinq Festivalına (Baku Shopping Festival) daxil olan mağazalarda qiymətlər çox münasib, çeşid isə rəngarəngdir.

Trend-in məlumatına görə, bunu www.bakushopfest.com saytına açıqlamasında Türkiyənin məşhur TV aparıcısı Özge Uzun deyib.

Festival çərçivəsində alış-veriş etdiyini söyləyən Ö.Uzun böyük zövqlə bu həyəcanı yaşadığını dilə gətirib: “Türkiyədəki dostlarımı da Bakıya dəvət edirəm. Həm gəlib alış-veriş etsinlər, həm də Bakının gözəlliyini görsünlər”.

TV aparıcısı İstanbul Şopinq Festivalı kimi Bakıdakı festivalın da uğurlu olduğuna inanır: “Bir qədər də güclü tanıtım kampaniyası keçirilsə, məncə Bakı Şopinq Festivalı hətta daha uğurlu ola bilər”.

Qeyd edək ki, uzun illər TV-də çalışan Ö.Uzun 2007-ci ildə “Fox TV”də, daha sonra isə “CNN Türk” və “TRT Haber”də xəbərlər proqramının aparıcısı kimi çalışıb.

2015-ci ildə onun “Sizin hiç maviniz var mı?”, 2017-ci ildə isə “Kalbimin ses telleri” kitabları işıq üzü görüb.

Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində keçirilib. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb. II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti