...

Aİ və Azərbaycan aviasiya sazişinin əsas prinsiplərini razılaşdırıb

İqtisadiyyat Materials 31 Oktyabr 2017 13:30 (UTC +04:00)
Avropa İttifaqı və Azərbaycan vahid aviasiya məkanı barədə sazişin əsas prinsiplərini razılaşdırıb
Aİ və Azərbaycan aviasiya sazişinin əsas prinsiplərini razılaşdırıb

Bakı. Ləman Zeynalova, Cani Babayeva - Trend:

Avropa İttifaqı (Aİ) və Azərbaycan vahid aviasiya məkanı barədə sazişin əsas prinsiplərini razılaşdırıb.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, ötən həftə Bakıda aviasiya ilə bağlı saziş üzrə danışıqların üçüncü mərhələsi keçirilib: "Danışıqlar demək olar ki, 48 saat fasiləsiz davam edib. Biz əsas mətni razılaşdırmışıq. Bu gün Xarici İşlər Nazirliyində növbəti görüşün tarixi və yerini müzakirə edəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti