...

Qazaxıstan Səhiyyə Nazirliyi Azərbaycanın aparıcı İT şirkətinə təşəkkür məktubu göndərdi

İqtisadiyyat Materials 15 Noyabr 2017 12:11 (UTC +04:00)
Qazaxıstanın Səhiyyə Nazirliyi Azərbaycanın aparıcı İT şirkətinə təşəkkür məktubu göndərib.
Qazaxıstan Səhiyyə Nazirliyi Azərbaycanın aparıcı İT şirkətinə təşəkkür məktubu göndərdi

Bakı. Trend:

Qazaxıstanın Səhiyyə Nazirliyi Azərbaycanın aparıcı İT şirkətinə təşəkkür məktubu göndərib.

Trend-in məlumatına görə, Azərbaycanın aparıcı İT şirkəti Cybernet tibb sahəsində islahatlara verdiyi töhfəyə görə, Qazaxıstanın Səhiyyə Nazirliyi tərəfindən təşəkkür məktubu ilə təltif olunub.

Bununla bağlı şirkətin əməkdaşları Baş Direktor İlham Namazov və Layihənin direktoru İsmayıl Hüseynli Qazaxıstan tibb təhsili və elmində aparılan islahatlarda iştirakına və Qazaxıstan tibb işçilərinin bilik və bacarıqlarının müstəqil qiymətləndirilməsi sisteminin yaradılmasına verdikləri töhfəyə görə, Qazaxıstanın Səhiyyə Nazirliyi Respublika Səhiyyənin İnkişafı Mərkəzi tərəfindən təşəkkür məktubları ilə təltif olunublar. Dünya Bankının layihəsi çərçivəsində Qazaxıstanın Səhiyyə Nazirliyinin sifarişi ilə Cybernet Qazaxıstan Səhiyyənin İnkişafı Mərkəzi (RSIM) üçün işləyib hazırladığı İnteqrə olunmuş informasiya sistemini (İİS) uğurla test edərək təhvil verib.

İİS-in pilot versiyası cari ilin oktyabrında Cybernet əməkdaşlarının və RSİM nümayəndələrinin iştirakı ilə uğurla işə salınıb. Pilot versiyanın istifadəsində iştirak etmiş personal sistemdən istifadənin sadə və etibarlı olduğunu qeyd edib.

İnteqrə olunmuş informasiya sistemi (İİS) təhlükəsiz şəbəkədə kompyuter testləşdirməsinə dair beynəlxalq tələblərə əsasən Dünya Bankının layihəsi çərçivəsində işlənib hazırlanıb. İİS inzibatçılıq, imtahana hazırlıq prosesinin idarə olunması, praktik vərdişlərin qiymətləndirilməsi, forum, vebinar, axtarış və hesabat sistemi kimi modullardan təşkil olunmuş kompleks bir sistemdir. Bu sistem həkimlər və tibb bacıları, ali tibb məktəblərinin məzunları, rezidentləri, internləri, kollec məzunları, professor-müəllim heyəti üçün nəzəri və praktik imtahanın aparılmasını təmin edir. Qeydiyyat, testləşdirmə və nəticələrin hesablanması avtomatik qaydada insan amilinin təsiri olmadan həyata keçirilir. Hər bir iddiaçı üçün yaradılan şəxsi elektron kabinet imtahan tarixini və vaxtını seçməyə, habelə imtahanda iştirak ərizəsi verməyə və onun gedişini izləməyə imkan verir. Testləşdirmənin nəticələri dərhal iddiaçının şəxsi kabinetinə göndərilir, onların silinməsi və yaxud dəyişdirilməsi mümkün deyil. Sistem informasiyanın və məlumat bazalarının bir neçə müdafiə səviyyəsinə, habelə hər hansı bir informasiya bölümünə səlahiyyətli və icazəsiz girişlərin nəzarətinə malikdir.

Səhiyyə mütəxəssislərinin bilik və vərdişlərinin qiymətləndirilməsində İİS-in tammiqyaslı tətbiqinə 2018-ci ilin əvvəlindən başlanması planlaşdırılır. Hazırkı mərhələ sistem praktik fəaliyyətə buraxılana qədər tibb işçilərinin biliklərinin qiymətləndirilməsi zamanı qeydiyyat, testləşdirmə və nəticələrin təhlili prosedurunun həyata keçirilməsində keyfiyyəti və etibarlılığı yüksəldəcək.

Qazaxıstan Səhiyyənin İnkişafı Mərkəzi tərəfindən 2016-cı ildə həyata keçirilmiş bilik və vərdişlərin qiymətləndirilməsi zamanı korrupsiya risklərinin aradan qaldırılması üçün inteqrə olunmuş informasiya sisteminin (İİS) işlənib hazırlanmasına dair tenderdə Azərbaycanın aparıcı İT şirkəti olan Cybernetlə yanaşı, Portuqaliya, Slovakiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən 10 şirkət iştirak edib. Rusiyanın Bars Group şirkəti ilə konsorsiumda olan Cybernet şirkəti tenderdə qalib gəlib və 2016-cı il dekabrın 6-da Astanada Qazaxıstan Səhiyyə Nazirliyi ilə bu sistemin işlənib hazırlanmasına dair müqavilə imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti