Bakı. Trend:
Kommersiya və tələbat məhsulları, mühəndislik elementləri və aerokosmik sistemlər istehsal edən Beynəlxalq Amerika şirkəti, AsstrA beynəlxalq nəqliyyat-yükdaşıma holdinqinin göstərdiyi xidmətlərin sürəti və keyfiyyətindən təəssüratlandı.
AsstrA-nın əsas müştərilərindən biri İtaliyadakı Rejio-Kalabriyadan Səmərqənd-Özbəkistana nəqli üçün 35 yük avtomobili tələb edən yükün daşınmasını istədi. Marşrutun öncədən təhlili və nəql etmənin bütün detallarının aydınlaşdırılmasından sonra ASStrA-nın mütəxəssisləri layihənin başlanmasını təsdiq etdilər və işə başladılar.
Növbəti gün isə müştəri layihəni bir həftə ərzində başa çatdırmaq üçün yükün daşınması proseslərinin sürətləndirilməsi xahişi ilə müraciət etdi. Müqavilənin şərtlərinə görə, yükləməni qısa müddətdə həyata keçirmək tələb olunurdu. AsstrA-Associated Trafic AG şirkətində “İtaliya” istiqamətinin rəhbəri Nataliya Şemyakina bildirib: “Müştərinin xahişi ilə biz, yükün Cənubi İtaliyadan Özbəkistana təcili çatdırılması üçün 1,5 gün ərzində 35 yük maşını təşkil etdik. Bir qayda olaraq, İtaliyanın 89-cu zonasında əlverişli nəqliyyat olmadığına görə, onu Şimali və Mərkəzi İtaliyadan gətirtmək lazımdır (əlavə məsafə 1200 kilometrədək ola bilər). Bundan əlavə, ilin sonunda Özbəkistana daşımalar üçün nəqliyyatın təşkilində də çətinliklər yaranır, belə ki, həmin vaxt idxal üçün lisenziyaların verilməsi başa çatır. Şirkətimiz axşamın gec saatlarında sifariş aldığı üçün, növbəti günün səhəri İtaliyanın digər regionlarından nəqliyyat vasitələrini yönəltməklə bütün lazımi nəqliyyatı təmin edə biləcəyimizi təsdiq etdik”.
AsstrA şirkəti bu təcili layihəni həyata keçirmə təklifi edilmiş yeganə yükdaşıma provayderi deyildi. Müştəri, AssstrA-nı bir neçə səbəbə görə seçmişdi:
- Nəqliyyat üçün rəqabət qabiliyyətli qiymət
- İtaliyadan Özbəkistana nəql etmənin həyata keçirilməsi üçün 35 yükmaşınının axtarışına sərf edilən müddətin azlığı
- AsstrA-nın digər müştərisindən alınmış tövsiyə.
N.Şemyakinanın məlumatına görə, 1200 kilometr məsafənin bir neçə dəfə təkrar qət edilməsi çox müddət tələb etdiyindən, biz, ləngimədən layihəni həyata keçirməyə başladıq. Layihənin təsdiqindən keçən bir neçə saat ərzində 35 çadırın hamısının daşınması üçün konkret plan müştəriyə çatdırıldı.
AsstrA-Associated Traffic AG-nin İtaliya şöbəsinin mütəxəsislərindən, layihənin koordinatoru olan Yuliya Sorokina əsas müştəri tərəfndən yüksək qiymətləndirilib:
Bütün nəqliyyat vasitələri vaxtında yükləndi;
Akkreditivin verilməsi tez və peşəkar şəkildə yerinə yetirildi.
Yükün yerləşdirilməsinə dair məlumatlar hər gün, vaxtında verilirdi
Tranzit zamanı yaranan gözlənilməz hallar vaxtında həll olundu – müştərinin bütün tədarükü, çatdırılma müddəti bitməzdən öncə Səmərqəndə çatdırıldı.
N.Şemyakina şərh edib: “Daxili əlaqələr sistemimiz və yüksək iş tempi sayəsində çətin müqavilə əsas müştərilərdən biri üçün maksimal dərəcədə qısa vaxt ərzində yerinə yetirildi. İtaliya - uzaq Özbəkistan çətin marşrutu üzrə yükün daşınması üçün cəlb edilmiş çox sayda avto-nəqliyyat vasitələri – komanda səmərəli işlədikdə hər şey mümkündür ”
Şirkət haqqında :
“AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir. Holdinq logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 16 ölkəsində təmsil olunub. “AsstrA” müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən kompleks xidmətlər təqdim edir. “AsstrA” ofislərinin geniş coğrafiyası və peşəkarlarla əməkdaşlığı sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır. “AsstrA” Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.
Əlaqə üçün: email: [email protected], mоб.: +994 55 813 59 74, whatsApp & Viber: +48 576147796, website: http://www.asstra.com/az/, fb: https://www.facebook.com/AsstrAsia/?ref=bookmarks.