...

Azərbaycandan pomidor və kartof ixracı 50% artıb (FOTO)

İqtisadiyyat Materials 27 Noyabr 2017 15:24 (UTC +04:00)
2017- ci ilin 10 ayı ərzində 30-dan artıq ölkəyə ümumi çəkisi 408186,9 ton olmaqla 375321,6 min dollar dəyərində meyvə - tərəvəz məhsulları ixrac olunub.
Azərbaycandan pomidor və kartof ixracı 50% artıb (FOTO)

Bakı. Trend:

2017-ci ilin 10 ayı ərzində 30-dan artıq ölkəyə ümumi çəkisi 408 186,9 ton olmaqla 375 321,6 min dollar dəyərində meyvə-tərəvəz məhsulları ixrac olunub.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsinə həsr olunmuş tədbirdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev qeyd edib.

O bildirib ki, bu ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 44 181,2 ton və ya 54,6 %, dəyər ifadəsində isə 104 479 min dollar və ya 38,6 % çoxdur.

Pomidor və kartof ixracı 50 % dən artıq, soğan və sarımsaq ixracı isə 24,2 dəfə artıb. Eyni zamanda tütün xammalının ixracı 2,1 dəfə, pambıq məhsullarının ixracı isə 6,8 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti