...

Transxəzər Nəqliyyat Marşrutu üzrə yeni tariflər müəyyənləşdiriləcək

İqtisadiyyat Materials 6 Dekabr 2017 20:18 (UTC +04:00)
Qazaxıstanın paytaxtı Astanada “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.
Transxəzər Nəqliyyat Marşrutu üzrə yeni tariflər müəyyənləşdiriləcək

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Astanada “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.

Trend-in məlumatına görə, toplantıda “Azərbaycan Dəmir Yolları”QSC , “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, eləcə də Qazaxıstan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu və dəniz daşınmaları ilə məşğul olan rəsmiləri iştirak ediblər.

Tədbirdə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətində dəyişiklik edilməsi haqqında, Türkiyə Dövlət Dəmir Yollarının (Türkiyənin müvafiq dövlət orqanlarının razılığı əsasında) “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin üzvlüyünə daxil edilməsi haqqında və digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə, bu istiqamətə yük axınının cəlbinin zəruriliyi vurğulanıb.Eyni zamanda rəqabətə davamlı tariflərin müəyyənləşdirilməsi məsələsi də müzakirə predmeti olub.

Qeyd olunub ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

Xəbər lenti

Xəbər lenti