Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Mətin Eynullayev vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Bu barədə Trend-ə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Mətin Balasən oğlu Eynullayev 22.03.1975-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Dövlət qurumlarında yüksək vəzifələrdə, o cümlədən Azərbaycan təhsil nazirinin müavini vəzifəsində çalışıb.