Bakı. Trend:
"Turkish Airlines" (THY) aviaşirkəti 2018-ci ildə sərnişin dövriyyəsini 75 milyona çatdırmaq niyyətindədir.
Trend-in məlumatına görə, bunu THY-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Seyfulla İlyas deyib.
S.İlyasın sözlərinə görə, 2017-ci ildə həmin göstərici 60 milyon sərnişin olub.
THY rəsmisi bildirib ki, ötən il şirkət Azərbaycandan 300 min sərnişin daşıyıb.