...

Dəmir yolunda MM üzrə nəzəri-praktik tədbirlər keçirilib (FOTO)

İqtisadiyyat Materials 1 Mart 2018 16:25 (UTC +04:00)
Mülki müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda nəzəri-praktik tədbirlər keçirilib.
Dəmir yolunda MM üzrə nəzəri-praktik tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2018-ci il üçün tədbirlər planına müvafiq olaraq, Biləcəri dəmir yolu qovşağında, “Təsərrüfat İdarəsi” MMC-də, Mühafizə İdarəsinin Bakı Mühafizə komandasında, Bakı-yük stansiyasında və digər müəsissələrdə “Mülki müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda nəzəri-praktik tədbirlər keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd, işçilərə fövqəladə hallar zamanı əhalinin və əmlakın təhlükəsizliyinin təmin edilməsi vərdişlərini və fövqəladə hallar zamanı davranış qaydalarını öyrətməkdir.

Tədbirlərdə obyekt fövqəladə hallar komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri və mülki müdafiə qüvvələrinə cəlb edilməyən işçilər fəal iştirak ediblər.

Keçirilmiş tədbirlərdə mülki müdafiənin əhəmiyyəti, onun rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və başqa bədbəxt hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində işçilərin rolu və fəaliyyəti, fövqəladə hallar zamanı davranış qaydaları, zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi, yanğın təhlükəsizliyi qaydaları, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, mülki müdafiə qüvvələrinin çevik və fasiləsiz idarə olunması və dəyə biləcək ziyanın minimuma endirilməsi barədə geniş və ətraflı məlumat verilib.

Mülki müdafiə qüvvələrinin baş verə biləcək hər hansı bir fövqəladə vəziyyətin nəticəsinin aradan qaldırılmasına hazır olması barədə mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinə məsləhətlər verilib.

Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti