...

Cybernet Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin proqram təminatını hazırlayacaq

İqtisadiyyat Materials 28 Mart 2018 10:25 (UTC +04:00)
Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının elan etdiyi “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin aparılmasının proqram təminatının hazırlanması üzrə tenderin qalibi olub.
Cybernet Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin proqram təminatını hazırlayacaq

Bakı. Trend:

Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının elan etdiyi “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin aparılmasının proqram təminatının hazırlanması üzrə tenderin qalibi olub.

Trend-in məlumatına görə, daşınar əmlakın yüklülüyünün dövlət reyestri kiçik və orta sahibkarlara daşınar əmlaklarını girov təminatı kimi göstərərək banklardan kredit almaq imkanı yaradır.

Reyestrin əsas fəaliyyət prinsipləri dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyü bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmini, yüklü əmlakın təkrar istifadəsi, onlar üzərində hüquqların məhdudlaşdırılması, yüklü əmlakın məhkəmədən kənar realizasiyası və bununla da təminat çeşidinin artırılmasıdır. Reyestrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxslərin daşınar əmlaklarını reyestrdə yüklü etməklə kredit təşkilatlarından vəsaitlər cəlb edilməsini stimullaşdıracaq. Bu da nəticədə maliyyəyə əlçatanlıq imkanlarını genişləndirəcək.

Layihə çərçivəsində Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının və Cybernet şirkətinin nümayəndələri beynəlxalq təcrübə mübadiləsi əsasında ən müasir nümunələr üzrə araşdırmalar aparıblar.

2004-cü ildən fəaliyyətdə olan “Cybernet” şirkəti Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər ölkələrdə İKT xidmətləri və texniki həllər üzrə xidmət göstərir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlanmasında, o cümlədən Azərbaycanda elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti