...

Rusiya Türkiyədən pomidor idxalına məhdudiyyəti aradan qaldırır

İqtisadiyyat Materials 27 Aprel 2018 17:31 (UTC +04:00)
Rusiya may ayının 1-dən başlayaraq Türkiyədən pomidor idxalına qoyulan məhdudiyyəti aradan qaldıracaq
Rusiya Türkiyədən pomidor idxalına məhdudiyyəti aradan qaldırır

Bakı. Trend:

Rusiya may ayının 1-dən başlayaraq Türkiyədən pomidor idxalına qoyulan məhdudiyyəti aradan qaldıracaq.

Trend-in məlumatına görə, bu barədə razılaşma Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçyov və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi arasında keçirilmiş görüş zamanı əldə olunub.

Razılaşmaya əsasən, həmin tarixdən başlayaraq Rusiya Türkiyədən 50 min tonadək həcmdə pomidor idxal edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti