Bakı. Trend:
"Business Service Centre" MMC rebrendinq etdi imic və nüfuzunun modernləşməsi səbəbi ilə rebrendinq edib.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Qeyd edək ki, şirkət 1997-ci ildə yaradılıb və 20 il ərzində qazandığı təcrübəni müştərilərin gözləntiləri ilə birləşdirərək hüquq, maliyyə-mühasibatlıq, marketinq, kadr və HR sahələrində ən peşəkar autsors xidmətləri təqdim edir.
Rebrendinq etməkdə əsas məqsəd əməkdaşlarla ilə münasibətlərin yeni mərhələsinə çıxmaq, əlavə müştərilərin diqqətini cəlb etmək, artıq qazanılan müştərilərin loyallığını artırmaqdır.