...

Asset Management – Pulunuzun üstünə pul gətirəcək

İqtisadiyyat Materials 6 İyun 2018 11:46 (UTC +04:00)
2017-ci ilin statistikasına görə qlobal aktivlərin həcmi 100 trilyon dollar təşkil edir. Aktivlərin idarə olunması isə peşəkar managerlər tərəfindən həyata keçirilir. Qiymətli kağızların idarə edilməsi asset management adlanır.
Asset Management – Pulunuzun üstünə pul gətirəcək

Bakı. Trend:

2017-ci ilin statistikasına görə qlobal aktivlərin həcmi 100 trilyon dollar təşkil edir. Aktivlərin idarə olunması isə peşəkar managerlər tərəfindən həyata keçirilir. Qiymətli kağızların idarə edilməsi asset management adlanır.

Trend-in məlumatına görə, AzFinance investisiya şirkətinin asset manageri Ramil Səmədov bu sahənin hüquqi adının fərdi investorların portfelinin idarə olunması olduğunu bildirib. İnvestisiya şirkətləri bu xidməti Maliyyə Bazarlarına Nəzarət Palatasının qaydalarının və “Qiymətli Kağızlar Bazarı haqqında Qanun”un tələblərinə cavab verən daxili qaydaları ilə döstərməlidir. Sadə dildə desək müştərinin pulu var, vaxtı yoxdu və o istəyir ki, pulunu investisiya şirkəti idarə etsin. Bu zaman pulunu investisiya şirkətinə həvalə edir. İnvestisiya şirkəti isə pulun üstünə pul gətirir.

Onu da qeyd edək ki, bu zaman müştərinin fikirləri də yer alır. Misal üçün müştəri istəyə bilər ki, onun portfeli yalnız Maliyyə Nazirliyinin istiqrazları olsun. Misal üçün illik 7% gəlirlilik. Bu zaman müştəri ilə investisiya şirkəti arasında qarşılıqlı razılaşmaya əsasən gəlir rüblərə bölünərək, ildə 4 dəfə olmaqla, hər rüb investora ödənilir və ya müştərinin seçimindən asılı olaraq başqa sahəyə yönəldilir.

Müştəri idarəetməyə həm qiymətli kağızlar, həm də pul yatıra bilər. Yerli bazarda portfel idarəçiliyi üzrə investisiya xidmətinə qoşulmaq üçün AzFinance İnvestisiya Şirkətində minimal limit 10 min manatdır.

Şirkət rəsmisi bir çox hallarda riskləri öz üzərlərinə götürdüklərini bildirib. Misal olaraq 10%lik minimal gəlirlilik vəd etmişik. Biz ziyana getsək də minimal 10%lik gəlirliyi müddətin sonunda və ya rübün sonunda müştərimizə ödəyirik.

P.S Amma ziyana heç vaxt getməmişik.

Pulu investisiya şirkətinə yatırıb əlavə qazanc əldə etmək olar, bunu anladıq. Lakin çoxlarımız bilirik ki, hələ qədim vaxtlardan insanlar pullarını banklara əmanət edərək bu yolla da qazanc əldə ediblər. Bəs qiymətli kağıza pul yatırmaqla banka pul yatırmağın nə kimi fərqi var?

Elmidar Şirinzadənin sözlərinə görə, ən böyük fərq ondan ibarətdir ki, siz banka pul qoyduğunuz zaman bank həmin pulu bir müddətə bloklayır. Yəni bu zaman pulun sahibi, yatırım etdiyi pulu göstərilən müddətdən tez bankdan çıxartdıqda qazanc faizləri ya aşağı olur ya da heçbir əlavə gəlir olmur. Əgər siz heç nə qazanmamısızsa, onda özünüzü uduzmuş hesab edə bilərsiz. Lakin investisiya şirkətindən likvid istiqraz və ya səhm aldığınız zaman devalvasiya zamanı manatda və ya dollarda olan qiymətli kağızınızı bir sifarişlə tamamilə başqa valyutaya çevirə bilərsiz. Faiz dərəcələrində də fərq var. Misal üçün SOCAR istiqrazları dollarda 5% lik gəlirlilik gətirir. Amma heç bir bank dollarda depozitə 5% vəd vemir. Həmçinin komissiya haqqları da azdır. Nağdlaşdırma zamanı isə yalnız əlavə gəlirdən cüzi məbləğ tutulur. Onu da qeyd edək ki, qiymətli kağızlarla bağlı müştəri heç bir vergi ödəmir.

Qiymətli kağızların nə qədər əhəmiyyətli olduğunu anladıq. Bəs bizə qazandıracaq şirkəti necə müəyyən etmək olar? Daha dəqiq desək hansı göstəricilərinə görə, investisiya şirkəti seçilməlidir ?

AzFinance investisiya şirkətinin nümayəndəsi Ramil Səmədovun sözlərinə görə, investorlar pullarını etibar edəcək şirkət seçərkən bir neçə amilə fikir verməlidirlər.

Onun sözlərinə görə, hər əməliyyata görə komissiya haqqları müxtəlif olur. Misal üçün müştəri qiymətli kağızı birjadan ala bilər və ya birjadan kənar da ala bilər. İstiqraz aldıqda komissiya haqqı bir qiymətə, səhm alındıqda isə komissiya haqqı bir başqa cür olur. Komissiya haqqları-default komissiya 0.05%-dən başlayır. Komissiya haqqları müştərilər ilə razılaşdırılmağına baxmayaraq sonda ən sərfəli komissiya təklif edən şirkət seçilməlidir. Yeri gəlmişkən qeyd edək ki, ən aşağı default komissiyası “AzFinance”dadır.

Daha sonra investisiya şirkətinin işçilərinin xüsusi şəhadətnamələri olmalıdır ki, bu sahə üzrə ən çox şəhadətnaməsi olan işçi “AzFinance”dadır. Belə ki, 6 şəxsdə bütün kateqoriyalar üzrə, 3 nəfərdə isə 2 kateqoriya üzrə şəhadətnamələr var. Qeyd edək ki, bu şəhadətnamələr Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən attestasiya imtahanını keçən şəxslərə verilir.

Məlumat üçün bildirək ki, Bakı Fond Birjasının son 2 ildəki aylıq renkinqlərinə əsasən AzFinance İŞ hər zaman ilk üçlükdə qərarlaşıb. Repo əməliyyatlarının həcminə gəlincə isə şirkət qiymətli kağızlar bazarının lideri hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti