...

Kran gəmiləri, liman buksirləri və neftdoldurma tankerlərinin tikintisi ilə bağlı danışıqlar aparılır (ÖZƏL)

İqtisadiyyat Materials 23 Sentyabr 2018 20:00 (UTC +04:00)

Bakı. Trend:

"Baku Shipyard" gəmiqayırma zavodu yeni gəmilərin tikintisi ilə bağlı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə danışıqlar aparır.

Bu barədə Trend-ə "Bakı gəmiqayırma zavodu" MMC-dən bildiriblər.

Məlumatda qeyd olunur ki, müxtəlif təyinatlı gəmilərin yenilənməsi işləri üzrə zavodla QSC arasında davamlı danışıqlar aparılır: "Hazırda yeni kran gəmilərinin, liman buksirlərinin və əlavə neftdoldurma tankerlərinin tikintisi ilə bağlı danışıqlar gedir".

"Baku Shipyard"dan onu da bildiriblər ki, Ro-Pax tipli gəmilərin tikintisi ilə yanaşı, zavodda 2 ədəd yeni nəsil RST 12 C tankerinin tikintisi aparılır:

"Birinci tankerin korpusunun tikintisi təxminən 90 faiz başa çatıb və bu ilin oktyabrında onun sınaq üçün suya salınması gözlənilir. İkinci tankerin korpusunun tikintisi 50 faizədək icra olunub. Hər iki tankerin tikintisi üzrə işlərin 2019-cu ilin sonunda başa çatdırılması planlaşdırılır".

Tankerlər xam neft və 1,015 ton/kubmetr sıxlığadək neft məhsullarının, o cümlədən benzin və kimyəvi yüklərin daşınması üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti