...

Çində Azərbaycanın tranzit imkanları təqdim edilib

İqtisadiyyat Materials 18 Oktyabr 2018 19:40 (UTC +04:00)
"Bir Kəmər, Bir Yol" təşəbbüsünün 5 illiyi münasibətilə sammit keçirilib.
Çində Azərbaycanın tranzit imkanları təqdim edilib

Bakı. Trend:

Çinin Hunan vilayətinin Candziadzie şəhərində Çinin Beynəlxalq Ticarət Palatası və İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə "Bir Kəmər, Bir Yol" təşəbbüsünün 5 illiyi münasibətilə sammit keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Rüfət Bayramov "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində beynəlxalq əlaqələrin inkişafı ilə bağlı dövlət qurumlarının rolu üzrə panel müzakirələrdə çıxış edərək, Sammit iştirakçılarına Azərbaycandan keçən nəqliyyat dəhlizləri, ölkəmizin tranzit imkanları, infrastrukturun inkişafı ilə bağlı görülən işlər, reallaşdırılan layihələr barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti