Bakı. Trend:
Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti bir sıra ölkələrdən məhsul idxalına məhdudiyyətlər tətbiq edib.
Trend-in məlumatına görə, Almaniya və Koreyadan heyvan yemlərinin, Ermənistanın “Fud Eks” şirkətinin farel məhsulunun idxalını qeyri-müəyyən müddətə dayandırıb.
Qeyd olunur ki, həmin məhsullar Rusiyanın baytarlıq-sanitar tələblərini pozur.
Bundan başqa, Qazaxıstandan idxal olunan toyuq ətində salmonella bakteriyası aşkar olunduğu üçün nəzarətə götürülüb.