...

Bakıda fiziki məhdudiyyətli şəxslərin əl işlərinin sərgisi keçiriləcək

İqtisadiyyat Materials 27 Noyabr 2018 12:19 (UTC +04:00)
Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə əlaqədar 3-5 dekabr tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda (Qoşa qala qapısı tərəfdən girişdə) fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsi keçiriləcək.
Bakıda fiziki məhdudiyyətli şəxslərin əl işlərinin sərgisi keçiriləcək

Bakı. Trend:

Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə əlaqədar 3-5 dekabr tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda (Qoşa qala qapısı tərəfdən girişdə) fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsi keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ölkəmizdə fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq nümunələrindən ibarət sərgi və baxış müsabiqələrin təşkilinə 1997-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb.Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısı həmin insanların sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, eyni zamanda yaradıcılıq imkanlarının dəstəklənməsi istiqamətində tədbirlərin ildən-ilə güclənməsinə səbəb olub.

Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsinin təşkilində məqsəd həmin şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması, yaradıcılıq imkanlarının dəstəklənməsidir. Tədbir nazirliyin “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur.

Üç gün davam edəcək sərgi-müsabiqədə ölkəmizin müxtəlif bölgələrindən 250 nəfərdən çox fiziki məhdudiyyətli şəxsin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələr və s. ibarət 1500-dən çox əl işi nümayiş olunacaq. Tədbir çərçivəsində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əl işlərinin satışına da şərait yaradılacaq ki, bu da onların yaradıcı əməyinin stimullaşdırılması məqsədinə xidmət edir.

Tədbirin ilk günü bacarıq və qabiliyyəti ilə fərqlənən iştirakçılar müvafiq nominasiyalar üzrə mükafatlandırılacaq.

Bakı sakinləri və paytaxtımızın qonaqlarının üç gün ərzində satış yarmarkasını ziyarət etmək və əl işlərinindən almaq imkanı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti