...

Doha-Bakı-Doha aviareysi ləğv edildi

İqtisadiyyat Materials 8 Yanvar 2019 12:20 (UTC +04:00)
Yanvarın 8-də həyata keçirilməli olan “Qatar Airways”şirkətinin Doha-Bakı-Doha aviareysi ləğv edilib
Doha-Bakı-Doha aviareysi ləğv edildi

Bakı. Taleh Mursaqulov - Trend:

Yanvarın 8-də həyata keçirilməli olan “Qatar Airways”şirkətinin Doha-Bakı-Doha aviareysi ləğv edilib.

Trend bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadən xəbər verir.

Qeyd olunur ki, Doha vaxtı ilə saat 11:35-ə nəzərdə tutulan Dohadan Bakıya olan “QR 351” saylı uçuş ləğv olunub.

Bundan başqa, “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 12:35-də Bakıdan Dohaya olan “QR 352” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti