...

Saleh Məmmədov: Bu il ümumi uzunluğu 1000 km-dən artıq olan 50 yol infrastrukturu layihəsi icra olunacaq (FOTO)

İqtisadiyyat Materials 25 Yanvar 2019 14:49 (UTC +04:00)
2019-cu ildə ilkin mərhələdə ümumi uzunluğu 1000 km-dən artıq olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq.
Saleh Məmmədov: Bu il ümumi uzunluğu 1000 km-dən artıq olan 50 yol infrastrukturu layihəsi icra olunacaq (FOTO)

Bakı. Samir Əli - Trend:

2019-cu ildə ilkin mərhələdə ümumi uzunluğu 1000 km-dən artıq olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 2018-ci ilin yekunlarına və 2019-cu il qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclasında deyib.

İdarə Heyətinin sədri bildirib ki, respublika əhəmiyyətli və magistral yolların da tikintisi aparılacaq. Maddi-texniki bazanın gücləndirilməsi məqsədi ilə 270 adda yeni maşın və mexanızmin alınması da nəzərdə tutulub.

S.Məmmədovun sözlərinə görə, 2018-ci il respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərində 90 layihə başa çatıb: "Bura 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və bir avtomobil yolu tunelinin tikintisi işləri daxildir. Bu layihələr 2,2 milyon nəfər əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edən 2042,3 km uzunluğunda avtomobil yollarıdır".

Qurum rəsmisi məhz əhalinin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ötən il 33 körpü, 29 yol ötürücüsü, 4 tunelin tikilərək istifadəyə verildiyini, maddi-texniki bazanı gücləndirmək məqsədilə 221 adda maşın və mexanizmlərin alındığını iclas iştirakçılarının diqqətinə çatdırıb. Sədr əlavə edib ki, aparılmış kompleks tədirlər çərçivəsində birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015-ci ildə 461 km təşkil edirdisə, bu gün 448.5 km artaraq 909,5 km olub.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun açılışı ötən il ən yadda qalan hadisələrdən biri olub.

2018-ci ilin sentyabr ayının 18-də Prezident İlham Əliyevin iştirakı ilə tikintisi başa çatan və uzunluğu 202 km olan Ələt-Astara-İran İslam Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun açılış mərasimi keçirilib. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.

Hazırda yeni magistral avtomobil yolunun 170 km-lik hissəsinin ödənişli olması ilə bağlı müvafiq işlər həyata keçirilir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin digər hissəsini təşkil edən və 2017-ci ilin sonunda Prezident İlham Əliyevin təməlini qoyduğu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 92 km hissəsinin 2018-ci ildə tikintisinə başlanılıb. Hazırda magistral yolun uzunluğu 29,9 km olan hissəsində işlər sürətlə davam edir. Yeni yolun 7,5 km hissəsində asfalt-beton örtüyün üst layı istisna olmaqla bütün işlər artıq başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti