...

Qoyun əti 70 faiz bahalaşıb - Qonşu ölkədə

İqtisadiyyat Materials 4 Fevral 2019 09:10 (UTC +04:00)
İranda qoyun əti ötən ilin analoji dövrü ilə müqayisədə 70% artıb.
Qoyun əti 70 faiz bahalaşıb - Qonşu ölkədə

Bakı. Elnur Bağışov - Trend:

İranda qoyun əti ötən ilin analoji dövrü ilə müqayisədə 70% artıb.

Trend-in məlumatına görə, bunu İranın Statistika Mərkəzinin iqtisadi məsələlər üzrə direktor müavini Cavad Hüseynzadə deyib.

Qoyun əti 490 min rialdan (təxminən 11,6 dollar) 995 min riala (təxminən 23,6 dollar) artıb.

C.Hüseynzadə əlavə edib ki, 10-cu ayda 475 məhsulla bağlı araşdırmalar inflyasiyanın orta hesabla 39,6% olduğunu göstərir:

"İnflyasiya ərzaq məhsulları üçün 57,5%, qeyri-ərzaq məhsulları üçün 32%, məişət texnikaları üçün 82% olub. Pomidorun qiyməti 200%-dən çox, su, elektrik və enerjinin qiyməti isə 14%-dən çox artıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti