Bakı. Trend:
Azərbaycanda ilk və ən böyük prosessinq mərkəzi olan “AzəriKard” 2018-ci il üzrə fəaliyyət göstəricilərini təqdim edib.
Artıq 22 ildir ki, tam kart prosessinq mərkəzi kimi uğurla fəaliyyət göstərən “AzəriKard” bütün bilinən prosessinq xidmətləri ilə yanaşı bazarda yüksək tələbi olan VDEP/MDES, VISA Direct, MasterCard Money Send, Cash by Code, Visa Pay Wave, MasterCard Pay Pass, PIN Set, PIN Change, elektron bankçılıq (mobil və internet) və s. kimi yeni və müasir dövrün tələblərinə uyğun layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.
AzəriKard əsas fəaliyyəti ilə yanaşı bir çox xidmətlərin ödənişlərinin də elektron qəbulunu həyata keçirir, o cümlədən telefon abunə və danışıq haqları, kommunal xidmət haqqları, gömrük rüsumları və vergilərin ödənişləri.
2018-ci ilin nəticələrinə əsasən prosessinq mərkəzində xidmət göstərilmiş kartların sayı 2017-ci illə müqayisədə 3% artıb, əməliyyatların sayı isə ötən illə müqayisədə 10% artıb. Hal-hazırda şirkətin POS terminallarının sayı 35000-dən, ATM-lərinin sayı isə 1600-dən artıqdır.
“AzəriKard” Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay, JCB və MİR Beynəlxalq Ödəniş Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk və yeganə prossesinq mərkəzidir.
Hal-hazırda “AzəriKard” Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 21 banka prossesinq xidməti göstərir və onların hər biri Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür.