...

Azərbaycan və Bolqarıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların inkişafını müzakirə edəcək

İqtisadiyyat Materials 29 Aprel 2019 20:57 (UTC +04:00)
Bolqarıstanın Liman İnfrastruktur (BPI) şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər regionunda nəqliyyat və logistikanın hazırkı vəziyyətini müzakirə edəcək
Azərbaycan və Bolqarıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların inkişafını müzakirə edəcək

Bakı. Ləman Zeynalova - Trend:

Bolqarıstanın Liman İnfrastruktur (BPI) şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər regionunda nəqliyyat və logistikanın hazırkı vəziyyətini müzakirə edəcək.

Bunu Trend-ə BPI şirkətinin ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin rəhbəri Mariella Qançovska deyib.

O bildirib ki, gələn ay Aktauda keçiriləcək “Caspian Ports and Shipping 2019” sərgi və konfransı çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktor müavini Vahid Əliyevlə görüşəcək:

“Konfrans çərçivəsində bizim Xəzər regionunda nəqliyyat və logistikanın hazırkı vəziyyətini və Trans-Xəzər beynəlxalq marşrutu ilə multimodal daşımaların inkişafını müzakirə etmək imkanı olacaq”.

O əlavə edib ki, BPI Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Avropa Dəniz Limanları Təşkilatında müşahidəçi statusunun alınması üçün müraciətini dəstəkləməkdə davam edəcək.

M.Qançovskanın sözlərinə görə, tərəflər arasında 2016-cı ilin sentyabrında imzalanmış memorandum BPI və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq üçün çox vacibdir:

“Bu, müvafiq milli liman administrasiyaları arasında sıx əməkdaşlığın təşviq olunması üçün imkan yaradır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti