...

AQTA sədri pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüşüb (FOTO)

İqtisadiyyat Materials 2 May 2019 18:51 (UTC +04:00)
Qida məhsullarının, baytarlıq və fitosanitar nəzarətində olan yüklərin idxalına dair işlərin təkmilləşdirilməsi ilə bağlı sahibkarlarla görüş keçirilib.
AQTA sədri pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüşüb (FOTO)

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyində (AQTA) pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

AQTA-dan Trend-ə verilən məlumata görə, tədbirdə AQTA sədri Qoşqar Təhməzli istehsal və ixrac olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsinin vacibliyini vurğulayıb. Q. Təhməzli sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin əsas prioritetlərdən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması qarşıda duran əsas vəzifələrdəndir.

Görüşdə pomidor bitkisinə qoyulan ixrac tələbləri, fitosanitar tədbirlər müzakirə olunub. Mövcud qaydaların optimallaşdırılması və proseslərin asanlaşdıırlması istiqamətində sahibkarların təklifləri dinlənilib.

Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti