...

Nur-Sultanda Azərbaycanın ticarət evi açılacaq

İqtisadiyyat Materials 7 May 2019 19:29 (UTC +04:00)
2019-cu ilin sentyabrında Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycanın ticarət evi açılacaq
Nur-Sultanda Azərbaycanın ticarət evi açılacaq

Bakı. Xeyrəddin Nəsirzadə - Trend:

Bu ilin sentyabrında Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycanın ticarət evi açılacaq.

Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Baqdad Amreyevlə görüşüb.

Görüş zamanı qurumun cari işləri müzakirə olunub, eləcə də əməkdaşlıq çərçivəsində münasibətlərin genişləndirilməsi ilə bağlı danışıqlar aparılıb.

Görüşdə həmçinin ixracın stimullaşdırılması üçün həyata keçirilmiş mexanizmlər çərçivəsində Azərbaycanın ticarət evlərinin yaradılmasının əhəmiyyəti müzakirə olunub. Qeyd edilib ki, görülən işlər nəticəsində bir sıra xarici ölkələrdə ticarət evləri açılıb və yüksək nəticələr göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti